Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı Günləri” – Gəl, Gələcəyini Kəşf Et!

31-07-2025 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi cari tələbə qəbulu kampaniyası çərçivəsində “Açıq Qapı Günləri” təşkil edir. Tədbirin əsas məqsədi gələcək peşəkarları mərkəzin təklif etdiyi müasir təhsil imkanları ilə əyani şəkildə tanış etmək, onların suallarını yerində cavablandırmaq və seçim prosesini asanlaşdırmaqdır.

“Açıq Qapı Günləri” 11 avqust 2025-ci il tarixinə qədər hər gün keçiriləcək. Tədbir Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 76 ünvanında baş tutacaq və bütün iştirakçılar üçün ödənişsiz və açıqdır. İştirakçılar burada mərkəzdə tədris olunan ixtisaslar barədə ətraflı məlumat əldə edəcək, müasir təlim avadanlıqları ilə tanış olacaq və yerindəcə qeydiyyatdan keçmək imkanı qazanacaqlar.

Məlumat üçün əlaqə vasitələri:
📍 Portal: portal.edu.az
📧 E-mail: senaye@vet.edu.az
📞 Tel: (012) 599 88 10
📱 WhatsApp: 070 899 88 10

Gəl, gələcəyini peşə ilə qur, sənaye və innovasiya ilə fərqlən!