Yeni tədris ilinə yeni əməkdaşlıq: Code Academy ilə Anlaşma Memorandumu imzalandı
17-07-2025
TƏLİM VƏ TƏDRİS
Yeni tədris ilinə YENİ ƏMƏKDAŞLIQ!
Əmək bazarının tələblərinə uyğun kadr hazırlığını daha da gücləndirmək məqsədilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Code Academy arasında Anlaşma Memorandumu imzalanıb.
Bu əməkdaşlıq nəticəsində tələbələrimizi 1 illik ikili diplom modeli gözləyir. Artıq tələbələrimiz həm dövlət nümunəli diplom, həm də beynəlxalq sertifikasiyaya uyğun Code Academy diplomu əldə edəcəklər.
Yeni proqramlar:
-Qrafik dizayn və vizual kommunikasiyalar
-İnformasiya texnologiyaları və təhlükəsizlik
-Süni intellekt dəstəkli veb dizayn və proqramlaşdırma
Bu proqramlar beynəlxalq standartlara uyğun təhsil, real iş təcrübəsi, tələbə təhsil krediti və karyera dəstəyi ilə fərqlənir.
Məqsədimiz: Müasir peşə təhsili, davamlı tərəfdaşlıq və tələbələrimizin həm yerli, həm də beynəlxalq əmək bazarına tam hazırlığı!
