Xəbərlər

Mərkəz təhsilalanlarının ixtisaslı kadrlara çevrilməsində dəstək

02-12-2020 TƏLİM VƏ TƏDRİS

30.11.2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “İnteqral QSC” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Peşə Mərkəzinin şirkətlə əməkdaşlıq qurmasının əsas məqsədi Mərkəz təhsilalanlarının ixtisaslı kadrlara çevrilməsinə dəstək verməkdən ibarətdir. Ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir. Özəl sektorun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan bu şərait müvafiq istiqamətlər üzrə Mərkəz təhsilalanlarının sənayenin ehtiyaclarına uyğun gələcək kadr kimi formalaşmasına birbaşa dəstək verəcək. Həmçinin, memorandum çərçivəsində müəyyən edilən müvafiq sahələr üzrə ixtisaslı peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması, təlimlərin təşkil olunması da nəzərdə tutulub.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində “Elektronika” istiqaməti üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi, onlara sahibkarlıq vərdişlərinin aşılanması, müvafiq bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də, təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilmiş təhsilalanların işlə təmin olunması nəzərdə tutulub.

Mərkəzlə şirkət arasında imzalanan memorandum hər iki tərəfin maraqları çərçivəsində uğurlu nəticələrə imza atacaq.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00