Xəbərlər

Təhsil Mərkəzində “Cisco” Şəbəkə Akademiyası fəaliyyətə başladı

23-01-2020 TƏLİM VƏ TƏDRİS

Yanvarın 23-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Cisco” Şəbəkə Akademiyasının (CŞA) açılışı olub.

Tədbirdə çıxış edən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov mərkəzin nəzdində fəaliyyət göstərəcək “Cisco Şəbəkə Akademiyası” haqqında ətraflı məlumat verib. Bildirib ki, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda, bu sahəyə marağı olan tələbələr üçün nəzərdə tutulan “Cisco” Şəbəkə Akademiyasında dərslər “Cisco” şirkətinin beynəlxalq proqramına əsaslanır. Tədris peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən aparılacaq.

Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və “bulud” texnologiyaları nəzəriyyələrini öyrənəcək, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini artıraraq rəsmi onlayn resurslarına çıxış imkanı qazanacaqlar.

Sonra “Cisco”nun şəbəkələr üzrə mütəxəssisi Emin Seyidov şirkət haqqında ətraflı məlumat verib. Bildirilib ki, şəbəkə texnologiyaları üzrə qlobal brendlərdən sayılan “Cisco” şirkəti 1984-cü ildən fəaliyyət göstərir. Şirkətin dəstəyi ilə yaradılmış “Cisco” akademiyalarında informasiya-kommunikasiya texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.

Şirkətin əsas istiqamətlərindən birinin təhsil sahəsi olduğunu vurğulayan E.Seyidov ölkədə fəaliyyət göstərən tədris müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının çox əhəmiyyətli olduğunu qeyd edib.

Sonda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Cisco” şirkətinin nümayəndəliyi arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

 

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00