Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Elektronika ustası" ixtisası üzrə məzunu Əli Məmmədov CICA Skills Competition 2026 beynəlxalq yarışmasında III yerə layiq görülüb.
15-07-2026
TƏLİM VƏ TƏDRİS
Azərbaycanın peşə təhsili sahəsində yetişən gənc mütəxəssisləri növbəti dəfə beynəlxalq arenada ölkəmizi uğurla təmsil edərək yüksək nəticəyə imza atıblar.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Elektronika ustası" ixtisası üzrə məzunu Əli Məmmədov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin "Dronların texniki xidməti və təmiri üzrə mütəxəssis" ixtisasında təhsil alan tələbəsi Rauf Mirzəyev 30 iyun – 4 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən CICA Skills Competition 2026 beynəlxalq yarışmasında "Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti” (UAV Assembly, Adjustment and Maintenance) kateqoriyası üzrə ölkəmizi təmsil edərək III yerə layiq görülüblər.