Avtomobil Nəqliyyatı ilə Beynəlxalq Daşımalara dair Yeni Tədris İmkanı – Qəbul Başladı!
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2025–2026-cı tədris ili üçün “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşıma üzrə operator” ixtisası üzrə tələbə qəbulu elan edir.
Bu ixtisas üzrə təhsil alan şəxslər aşağıdakı bilik və bacarıqlara yiyələnəcəklər:
-
Beynəlxalq daşıma proseslərinin təşkili və idarə olunması
-
Logistika və marşrutların planlaşdırılması
-
Daşıma sənədlərinin düzgün və effektiv tərtibi
-
Yol hərəkəti və gömrük tənzimləmələrinə dair praktiki biliklər
Tədris prosesi müasir standartlara uyğun təlim bazasında həyata keçirilir. Proqram praktiki məşğələlər və sahəvi təcrübə ilə dəstəklənir ki, bu da məzunlara əmək bazarında üstünlük qazandırır.
📍 Qeydiyyat üçün link: portal.edu.az
📧 E-poçt: senaye@vet.edu.az
📞 Telefon: (012) 599 88 10
📱 WhatsApp: 070 899 88 10
Gələcəyini peşə ilə qur, sənaye və innovasiya ilə fərqlən!
