Mərkəzdə növbəti “Pedaqoji Şura” iclası keçirildi
17-07-2025
TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti “Pedaqoji Şura” iclası keçirildi.
Bu gün baş tutan iclasda 2024–2025-ci tədris ilinin yekunları geniş şəkildə təhlil olundu. İclasda imtahan sessiyasının nəticələri, tələbələrin nailiyyətləri və yeni tədris ili ilə bağlı qarşıda duran hədəflər müzakirə edildi.
Yeni tədris ilində daha məqsədyönlü və innovativ yanaşmaların tətbiqi, tədris keyfiyyətinin artırılması, həmçinin 2025–2026-cı tədris ili üzrə tələbə qəbulunun təşkili əsas mövzulardan biri oldu.
Bu müzakirələr Mərkəzdə peşə təhsilinin inkişafına və tədrisin daha da təkmilləşdirilməsinə xidmət edir.
